Gömrük rüsumları artırıldı: bu məhsullar bahalaşacaq

Gömrük rüsumları artırıldı: bu məhsullar bahalaşacaq
İqtisadiyyat 1696

İqtisadçı ekspert Məhəmməd Talıblı gələn ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmalarının payının kəskin artması məsələsinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, ekspert sosial şəbəkədə bildirib ki, növbəti ildə qeyri-neft sektoru üzrə daxilolmaların 27,2 faizi Gömrük Komitəsinin yığımlarından formalaşacaq:

"Bu 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur. Deməli, bu kəskin artımın mənbəyi olmalıdır. Burada iki haldan biri labüddür, ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır, gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxilolmalar artır. Ölkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə bunun daha da zəifləməsi proqnozlaşdııra bilər”.

Ekspert qeyd edib ki, gömrük rüsumlarının kəskin artımı haqqında qərar qəbul olunub: "Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Bu ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımını şərtləndirəcək. İstehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşülə bilməz.

Bu ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq. Ölkədə manatın daha da dəyərdən düşməsi prosesini bir azda sürətləndirəcək. Yüksək templi inflyasiyanı daha gizlətmək də mümkün olmayacaq.

Gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurları əsas gətirib niyyəti gizlətmənin yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq.

Bu gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki, gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu iqtisadiyyatın tənzimləmə alətlərdindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu növbəti ildə iqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq. Dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir”.

Nazim Babayev

BAKU.WS

Son xəbərlər