Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının SƏBƏBİ AÇIQLANDI
24
okt
2025
22:56
Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.
BAKU.WS xəbər verir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.
Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb: "Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar".
Oxşar xəbərlər
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Qurumdan...