Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL

Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb - ÖZƏL
Sosial 232

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.

Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.

Qeyd edək ki, Saray qəsəbəsində Modul tipli vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər