Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb.
BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.
Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub. Nəticədə polis mayoru ağır xəsarətlər alıb.
Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib. Aldığı xəsarətlər səbəbindən onun qolları amputasiya olunub.
Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.
Oxşar xəbərlər
Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. Hadisə Xırdalan şəhərində, "AAAF Park" yaşayış kompleksində yerləşən uşaq əyləncə mərkəzində baş verib. Daha son...