Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Bişkek şəhərinin Manas Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Qırğızıstan parlament sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində S. Qafarova bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcək.
Oxşar xəbərlər
Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir"
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşdığı təbrik mesajında "qardaşım İlham Əliyev" ifadəsi so...