Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı
Fransada oktyabrın 17-də keçirilən etirazlar zamanı bəzi şəhərlərdə mağazalara hücumlar və qarət hadisələri baş verib. İş yerini qarətçilərdən qorumağa çalışan qadının cəhdləri isə nəticəsiz qalıb.
BAKU.WS xəbər verir ki, yayılan görüntülərdə qadının mağazasına daxil olmağa çalışan şəxslərin qarşısını almağa çalışdığı əks olunub. Lakin o, qarət cəhdini dayandıra bilməyib.
Məlumata görə, Paris, Lion, Marsel və Lill şəhərlərində müxtəlif mağazalar hücumlara məruz qalıb. Lionda "Louis Vuitton" və "Hugo Boss", Lilldə isə "Apple" mağazasının qarət edildiyi bildirilir.
Fransanın Baş naziri Sebastyan Lekornunun açıqlamasına görə, hadisələrlə əlaqədar 1200 nəfər saxlanılıb, 150 polis əməkdaşı yaralanıb. Ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib.
Oxşar xəbərlər
Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının məbəd yaxınlığında toplaşan insanların üzərinə çırpılması nəticəsində azı 15 nəfər həyatını i...