Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...

Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, 28 May...
Foto Açıqlama
Sosial 255

Bakı və Abşeron yarımadasında ictimai nəqliyyatın inkişafı çərçivəsində gələcək tramvay şəbəkəsinin marşrutları müəyyənləşdirilib.

BAKU.WS-in məlumatına görə, hazırlanan perspektiv plana əsasən, yeni relsli nəqliyyat xətləri "Sea Breeze", Mehdiabad, Binəqədi, Bayıl və Həzi Aslanov istiqamətlərini paytaxtın əsas nəqliyyat qovşaqları olan "28 May" və "8 Noyabr" metro stansiyaları ilə əlaqələndirəcək.

Layihənin reallaşdırılması Bakı və Abşeron arasında sərnişindaşımanın daha rahat təşkilinə, xüsusilə sürətlə böyüyən yaşayış ərazilərinin şəhər mərkəzi ilə əlaqəsinin yaxşılaşdırılmasına imkan verə bilər.

Yeni tramvay xətlərinin paytaxtda avtomobil yükünün və tıxacların azalmasına da töhfə verməsi gözlənilir. Metro ilə inteqrasiya olunacaq marşrutlar sərnişinlərin bir nəqliyyat növündən digərinə daha rahat keçidini təmin edəcək.

Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi,

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, ümumilikdə perspektiv tramvay şəbəkəsi üzrə beş əsas istiqamət müəyyənləşdirilib:

"İlkin mərhələdə həmin istiqamətlərdən birinin - Məhəmmədli-Binəqədi-28 May marşrutu üzrə tramvay xəttinin yaradılması nəzərdə tutulur. Bildirilir ki, ilk tramvay xəttinin 2030-cu ilədək dövlət proqramı çərçivəsində istifadəyə verilməsi planlaşdırılır.

Yeni tramvay xətti şəhərin mövcud ictimai nəqliyyat sisteminə mühüm alternativ yaradacaq. Yüngül relsli nəqliyyatın tətbiqi Bakıdakı metro və dəmir yolu şəbəkəsini tamamlayaraq sərnişin mobilliyinin daha dayanıqlı təşkilinə imkan verəcək.

Xüsusilə metro və dəmir yolu ilə birbaşa əlaqənin olmadığı ərazilərdə tramvay xətlərinin yaradılması nəqliyyat şəbəkəsinin əhatə dairəsini genişləndirə bilər. Bu sistemdə avtobusların da tramvay, metro və dəmir yolu stansiyalarına sərnişin daşınmasını təmin edən əlaqələndirici - "qidalandırıcı" nəqliyyat funksiyasını yerinə yetirməsi nəzərdə tutulur".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər