"Haber Global": 44 gündə yazılan dastan
Yeniliklərdən dərhal xəbərdar olun
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür".
BAKU.WS xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığı videosüjetdə səsləndirilib.
Süjetdə qeyd olunur ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatları nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Bütün ölkə - 7-dən 70-ə hər kəs 44 gün ərzində bir yumruq kimi birləşib. Azərbaycan əsgəri Qarabağda dastan yazıb, şəhər və kəndlər doğma Vətənə qovuşub.
Süjetdə vurğulanır ki, bütün Azərbaycanın azad olunmasını səbirsizliklə gözlədiyi daha bir şəhər - Qarabağın incisi Şuşa var idi. Saysız-hesabsız sənətkar yetişdirən, füsunkar təbiəti ilə insanı valeh edən Şuşa müharibənin taleyini müəyyənləşdirib.
"Altı il əvvəl, məhz bu gün Şuşa azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etdi. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-un Mustafa Kamal Atatürkün vəfat gününə təsadüf etməsi səbəbindən Şuşanın azad edildiyi 8 Noyabr tarixini Zəfər Günü elan etdi", - deyə videosüjetdə bildirilir.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi -...