Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək

Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək
Foto
Sosial 126

Sumqayıt şəhərinin 20-ci və 21-ci mikrorayonlarında yerləşən, taxta konstruksiyalardan inşa edilmiş birmərtəbəli fin evlərin sökülməsi gündəmə gəlib.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Sakinlərin sözlərinə görə, artıq ərazidəki evlər ölçülüb. Bildirilib ki, ölçmə işləri Mənzil-Kommunal Təsərrüfatı (JEK) əməkdaşları tərəfindən aparılıb. Məlumata görə, burada yaşayan sakinlər üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi və onlara mənzil verilməsi nəzərdə tutulur.

Sakinlər arasında yayılan məlumata əsasən, yeni mənzillər mövcud evlərin sahəsindən 20 kvadratmetr artıq hesablanacaq.

Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək

Digər tərəfdən, 20-ci mikrorayonun ərazisinin çinli investorlar tərəfindən satın alındığı və burada "Şanxay" adlı yaşayış kompleksinin inşa ediləcəyi barədə də söhbətlər dolaşır. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, 21-ci mikrorayonda yerləşən ərazinin artıq tanınmış şirkəti tərəfindən alındığı bildirilir. Hazırda həmin ərazidə söküntü işləri aparılır.

Sakinlər ərazidə planlaşdırılan dəyişikliklərlə bağlı rəsmi açıqlama verilməsini və köçürülmə şərtlərinin dəqiqləşdirilməsini gözləyirlər.

Ziya SƏCCAD

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər