Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mən isə gələndə artıq Dövlət Televiziyasından hazır kadr kimi gəlmişdim və məni aparıcı kimi göndərmişdilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Vüsalə Əlizadə ilk dəfə aparıcılığa başldamasından danışarkən deyib.
O bildirib ki, yaşı az olmsına baxmayaraq televiziyaya gəlişinin elə ilk günü onu çətin sınağa çəkiblər:
"Rəhbərlik dedi ki, işıqları yandırın, kameraları qoşun. Həmin vaxt "Sirli Avrasiya"nın köhnə studiyası idi. İşıqları qoşdular. Mənə elə bir mətn gətirmişdilər ki, bir sözdə Azərbaycan əlifbasının 32 hərfdən 38-i var idi. Təsəvvür edin, ilk dəfə gəlib seçimdə iştirak edirəm və mənə deyirlər ki, bunu oxu! Başladım mətni oxumağa... Son dərəcə səliqəli, düzgün və axıcı şəkildə oxudum. Hamı təəccübləndi və soruşdu ki, mətn əvvəlcədən mənə verilib? Dedim ki, yox, indi təqdim ediblər.
Təsəvvür edin, mətn kifayət qədər mürəkkəb, ensiklopedik ifadələrlə zəngin idi. Otaqda 50-60 nəfər toplaşmışdı və hər kəs mənə baxırdı ki, görsünlər, necə oxuyacam, nəticə necə olacaq.
Bundan sonra artıq məni qəbul etdiklərini gördüm. Aparıcı kimi fəaliyyətə başlamağım üçün müəyyən addımlar atıldı"
Ətraflı videoda:
Oxşar xəbərlər
"Paltara pul xərcləmərəm" deyən Yıldız Tilbenin sərvəti açıqlandı
Səsi və özünəməxsus tərzi ilə daim müzakirələrə səbəb olan müğənni Yıldız Tilbenin mal-mülkünün siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, Türkiyə şou-biznesi...