Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün maşın vuran ananın vəziyyəti ağırdır.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"03.11.2026-cı il tarixində saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".
Banu Hüseynli
Oxşar xəbərlər
Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar
Azərbaycanda bir sıra xəstəlik və sağlamlıq vəziyyətləri ilə əlaqədar əlillik müddətsiz təyin olunur. Bununla yanaşı, əvvəllər müəyyən müddətə əlillik almış şəx...