Batrakovun "Qalatasaray"dakı ləqəbi "Bebek" imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı futbolçu Aleksey Batrakov Türkiyənin "Qalatasaray" klubunda maraqlı ləqəblə tanınır. Komanda yoldaşları yarımmüdafiəçini "Bebek" (Körpə) deyə çağırırlar.
BAKU.WS-in məlumatına görə, bu barədə türkiyəli tanınmış jurnalist Mehmet Özkan sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Aleksey Batrakov yay transfer pəncərəsində Moskva "Lokomotiv"indən "Qalatasaray"a keçib. O, Türkiyə klubunun heyətində bütün turnirlər daxil olmaqla 11 qarşılaşmada meydana çıxıb. Futbolçu bu oyunlarda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə Superliqasında 10 turun nəticəsinə əsasən, "Qalatasaray" 25 xal toplayaraq turnir cədvəlinin lideridir.
Oxşar xəbərlər
Çempionlar Liqasında ilk dəfə türk derbisi olacaq
UEFA Çempionlar Liqasının tarixində ilk dəfə iki türkiyəli baş məşqçi bir-birinə rəqib olacaq. BAKU.WS xəbər verir ki, turnirin V turu çərçivəsində noyabrın 25-...