UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
"Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Vikinq" isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə "Aston Villa"ya, Almaniyada "Ştutqart"a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi "Bavariya" ilə bərabərə qalıb - 3:3.
Oxşar xəbərlər
Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib. BAKU.WS xəbər verir ki, İstanbulda keçiri...