Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
03
noy
2026
14:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
BAKU.WS xəbər verir ki, 35 yaşlı hakim Belçikada yerli "Anderlext" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
Xatırladaq ki, noyabrın 5-də keçiriləcək "Anderlext" - "Zaltsburq" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 39 yaşlı hakim İspaniyada yerli...