MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib

MKA WhatsAppda yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib
Sosial 60

Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir.

Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər