Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi

Bakıda Xankəndiyə Stepanakert deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi
Video
Digər 40

Bakıda doğulan, Xankəndidə böyüyən erməni rəqqas Arsen Aqamalyan 44 ildən sonra Bakıya gəlib.

BAKU.WS İctimai TV-yə istinadən xəbər verir ki, ikiqat dünya və üçqat Avropa çempionu olan rəqqas "Azerbaijan Dance Festival 2026" beynəlxalq rəqs festivalında iştirak etmək üçün ölkəmizə səfər edib.

Rəqqas müsahibə zamanı uşaqlıq xatirələrindən danışarkən Qız qalası ilə bağlı yaşadığı duyğuları bölüşüb:

"Atam Qarabağdan Bakıya gəlib, anamla burada tanış olub. Onların gəncliyi də burada keçib. Dünən gözlənilməz bir hadisə baş verdi. Qız qalasının harada yerləşdiyini belə xatırlamırdım. Bulvarda gəzirdim, birdən dönüb Qız qalasının harada olduğunu soruşmaq istədim. Gördüm ki, qarşımda dayanıb. Bu, uşaqlığımdan qalan bir mənzərə idi. Gözlərim yaşardı".

Müsahibə zamanı Arsen Aqamalyan Xankəndi şəhərinin adını "Stepanakert" kimi çəkib. Jurnalist onun səhvini düzəldərək şəhərin rəsmi adının Xankəndi olduğunu xatırladıb. Bundan sonra rəqqas da şəhərin adını Xankəndi kimi təkrarlayıb.

Görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nənələrin sevimli aksesuarı yenidən dəbə minir

Nənələrin sevimli aksesuarı yenidən dəbə minir

2026-cı ildə vaxtilə köhnəlmiş hesab edilən çiçək formalı broşlar və geyim bəzəkləri yenidən dəb dünyasının diqqət mərkəzinə çevrilib. BAKU.WS xəbər verir ki, b...

227 Digər 13:22 02 noyabr 2026

Son xəbərlər