Fəxri idman işçisi vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naftalanda Fəxri bədən tərbiyəsi və idman işçisi vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, Fazil Tofiq oğlu Əliyev 1993-2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016-2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb.
O, idman sahəsindəki xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub
Lənkəran rayonunda qeyri-sabit hava şəraiti kənd təsərrüfatına, xüsusilə sitrus meyvəçiliyinə ciddi ziyan vurub. Güclü külək, intensiv yağış və dolu nəticəsində...