Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda noyabrın 8-də bayram konserti keçiriləcək.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert "Saat qülləsi"nin yanında olacaq.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.
Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.
Oxşar xəbərlər
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qazl...