Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU

Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU
Foto
Şou-biznes 330

Xalq artisti, aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi Eldar İsgəndərov böyük uğura imza atıb.

BAKU.WS xəbər verir ki, o Hollivudda aktyorluqla məşğul olur.

Belə ki, Eldar "Club Kid" adlı komediya dram janrlı ekran işində rol alıb. O filmdə "Nicky" obrazını canlandırıb.

Bundan başqa o, "The Debut" adlı müzikalda Culianna Mur, Camatti Pol kimi aktyorlarla birlikdə çəkilib.

Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU

Eldar İsgəndərov "Reenactment" adlı filmdə isə Kameron Diaz, Ana de Armas və Benisio Del Toro kimi ulduzlarla rol alıb.

Məlumat üçün bildirək ki, Eldar İsgəndərov Xalq artistinin əkiz qızlarından biri İzulət Ələkbərovanın övladıdır.

Eldar İsgəndərovun atası Fuad İsgəndərov hazırda Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və səlahiyyətli səfiridir.

O bundan əvvəl Azərbaycan Respublikasının İsveçrə Konfederasiyada, Lixtenşteyn Krallığında və Belçika Krallığında fövqə səladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı olub.

Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU

Xatırladaq ki, Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə doğulub. Onun həyat yoldaşı teatrşünas Kamilə Ələkbərova olub. Aktyorun bu evlilikdən İzulət və Ləman adlı əkiz qızları dünyaya gəlib.

İzulət və Ləman Ələkbərovalar artıq illərdir ki, xaricdə yaşayırlar.

Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU

Şahmar Ələkbərov cəmi 49 il ömür yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər çox olub.

Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU

Xalq artistinin filmoqrafiyası "Yeddi oğul istərəm…", "İntizar", "Axırıncı aşırım", "Həyat bizi sınayır", "Qızıl qaz", "Bizim küçənin oğlanları", "Bakıda küləklər əsir", "Qatır Məmməd", "Firəngiz", "Arxadan vurulan zərbə", "Babək", "Qəribə adam", "Gözlə məni", "Qocalar, qocalar…", "Avqust gələndə", "Atları yəhərləyin" kimi ekran işləri ilə zəngindir.

Babası Xalq artisti, atası səfir olan Eldar İsgəndərovun HOLLİVUD UĞURU

Görkəmli sənətkar Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında dil xərçəngindən vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər