Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq
22
okt
2026
23:23
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunda Binəqədi qəsəbəsinin, Baksol yolunun, Binəqədi şosesinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazisinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub?
Azərbaycanda evlərdə qazla işləyən kombilərdən istifadə gələcəkdə mərhələli şəkildə dəyişə bilər. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektr...