Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama
Bakıda taksi sürücüsünün qadına təzyiq göstərdiyi iddia edilir.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videomüraciət paylaşılıb.
Belə ki, Elvira Vəliyeva adlı xanım Bakı-Sumqayıt yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsünün onu hədələdiyini və avtomobilin qapılarını kilidlədiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, 4 manatlıq gediş üçün sürücü 7 manat tələb edib. Əlavə ödənişdən imtina etdikdə isə qadın avtomobildən çıxmağa çalışarkən yıxılaraq xəsarət alıb.
O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini, həmçinin çantasının avtomobildə qaldığını bildirib.
Məsələ ilə bağlı "Bolt" şirkətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Elvira Vəliyevanın 20 oktyabr 2026-cı il tarixli paylaşımı ilə bağlı sistemimizdə yoxlama aparılıb:
"Hazırda paylaşımda təsvir edilən hadisəyə uyğun səfər və ya Bolt Send sifarişi və ya qeyd olunan avtomobil nömrəsi istifadəçinin hesabı üzrə qeydə alınmayıb. Bu məsələ ilə bağlı Müştəri Dəstəyinə də müraciət daxil olmayıb.
Anlaşılmazlıqların qarşısını almaq və hər bir halı konkret sifariş əsasında araşdırmaq üçün sərnişinlərdən hər hansı problemlə qarşılaşdıqda tətbiqdə müvafiq sifarişi seçərək Müştəri Dəstəyinə müraciət etmələri xahiş olunur. Bu, vəziyyəti operativ araşdırmağa və zərurət olduqda müvafiq tədbirlər görməyə imkan verir".
Oxşar xəbərlər
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama
Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücü tərəfindən seksual xarakterli təzyiqə məruz qaldığını bildirib. BAKU.WS-ə daxil olan məlumata görə, hadis...