Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı
Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Çatax kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.
O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı Ağdam kəndinə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.
Qeyd edək ki, Ermənistan mətbuatının Berd rayonundakı mənbələrinə istinadən yaydığı məlumata görə, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığından qarşı tərəfə keçib və Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.
Oxşar xəbərlər
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, Yevlax rayonu rayon mərkəzi xəstəxanasında Səmədabad kənd sakini 199...