6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar

6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar
Foto
Hadisə 50

Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Xatırladaq ki, ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər