Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
20
okt
2026
14:58
Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər
İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 min 356 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı, həmçinin 28 min 698 baş ətlik və digər iribuynu...