Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO

Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO
Video
Hadisə 409

Ötən gün paytaxtın Xətai rayonu, Gəncə prospektində 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayımlayıb.

Əkbər Novruzovun idarə etdiyi minik avtomobili Emil İsgəndərovun idarə etdiyi avtomobillə toqquşub.

Toqquşma nəticəsində E.İsgəndərovun avtomobili yoldan çıxaraq səkidə hərəkət edən 45 yaşlı Elzanə Əliyevanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər