Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir

Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir
Foto
Sosial 48

Şəkidə Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər dulusçuluq sənəti ilə tanış olub, sənətkar Şöyüb Məmmədovun master-klassını izləyiblər.

BAKU.WS xəbər verir ki, master-klass zamanı iştirakçılara dulusçuluğun incəlikləri, gilə forma verilməsi və müxtəlif məişət əşyalarının hazırlanması prosesi barədə məlumat verilib.

Sənətkar Şöyüb Məmmədov bildirib ki, dulusçuluq həm yerli, həm də xarici turistlərin marağına səbəb olur. Onun sözlərinə görə, xüsusilə yerli turistlər arasında piti qablarına tələbat daha çoxdur. Bu qabların qiyməti 6 manatdan başlayır.

Ş.Məmmədov qeyd edib ki, o, dulusçuluq sənətini davam etdirərək ənənələrin yaşadılmasına töhfə verir. Bu sənət yalnız məişət əşyalarının hazırlanması deyil, həm də xalqın mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır.

Belə master-klaslar turistlərə Şəkinin zəngin sənətkarlıq ənənələrini yaxından tanımaq, qədim sənət növlərinin hazırlanma prosesini izləmək və yerli mədəniyyət haqqında daha dolğun təsəvvür əldə etmək imkanı yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər