Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar

Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar
Foto
Dünya 121

Fransada günlərdir davam edən etiraz aksiyalarından sonra yeni görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, videolarda lüks brend mağazalarından oğurlanan məhsulların küçələrdə açıq şəkildə satışa çıxarıldığı əks olunub.

Məhsulların hansı mağazalardan oğurlandığı və küçədə satış edən şəxslərin talançılıqda birbaşa iştirak edib-etmədiyi hələ ki dəqiqləşməyib.

İğtişaşlardan sonra ikinci əl alış-veriş platformalarında da diqqətçəkən elanlar peyda olub.

Kosmetika məhsulları, ətirlər, geyimlər, elektronika və lüks çantalar bazar qiymətindən qat-qat ucuz qiymətə satışa çıxarılıb.

Məşhur ikinci əl platforması "Vinted" talan edilmiş mağazalardan oğurlandığı ehtimal edilən məhsulların elanlarını sildiyini açıqlayıb.

Şirkət şübhəli elanları aşkar etmək üçün nəzarəti gücləndirdiyini və Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Sosial şəbəkələrdə paylaşılan bəzi elanlarda lüks kosmetika məhsullarının 10 avroya qiymətlərə təklif olunması diqqət çəkib.

Xatırladaq ki, oktyabrın 17-də Fransada bahalaşma, təhsil şəraiti və dövlət xidmətlərindəki problemlərə etiraz olaraq yüz minlərlə insanın qatıldığı nümayişlər keçirilib. Əvvəlcə dinc xarakter daşıyan aksiyaların bəziləri sonradan şiddətli iğtişaşlara çevrilib. Paris, Marsilya, Lyon, Bordo və Nitsa başda olmaqla bir çox şəhərdə maskalı qruplar mağazaların şüşələrini sındırıb, obyektləri talan edib və avtomobilləri yandırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər