Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev, Zərgərpalan küçələri, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Eyni zamanda Ağdaşda 10 kV-luq "Ərəbocağı" və 2 saylı şəhər hava xətlərində görüləcək təmir işləri zamanı şəhər ərazisində Cəfər Cabbarlı, İmadəddin Nəsimi, M.Əfəndiyev, Molla Pənah Vaqif küçələri, Su-18 yaşayış massivi və rayonun Ərəbocağı kəndinin bir hissəsində saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçayın Alıkənd, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mırtı, Yalman kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək 10 kV-luq hava xəttinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqəsində (KTM) icra ediləcək təmir işləri ilə əlaqədar enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yevlaxda 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq bəzi fiderlərdə təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 10:00-dan 15:00-dək Aşağı Salamabad, Bəydili, Əcəmi, Əkşəm, Gülövşə, Hacıselli, Havarlı, Marzılı, Yuxarı Salamabad kəndlərini əhatə edəcək.
Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.
Oxşar xəbərlər
Bakıda bu yollarda tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...