Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR
Azərbaycanda dəfn müavinətinin əhatə dairəsinin genişləndirilərək bütün vəfat edən vətəndaşlara şamil olunması təklif edilir. Hazırda bu ödəniş yalnız qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara aid şəxslərin vəfatı zamanı verilir.
BAKU.WS xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov dəfn müavinətinin bütün vətəndaşların ailələrini əhatə etməsinin vacibliyini bildirib.
Deputatın sözlərinə görə, ailə üzvünün vəfatı yaxınları üçün əlavə maliyyə yükü yaradır. Dəfn xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması ailələrin maddi vəziyyətinin qorunmasına kömək edə bilər.
Hazırda dəfn müavinətinin məbləği vəfat edən şəxsin sosial təminat statusundan asılıdır. Mövcud qaydalara əsasən, ödənişlər aşağıdakı kimidir:
Yaşa görə sosial müavinət alanlar - 600 manat;
Əlilliyə görə sosial müavinət alanlar - 600 manat;
Ailə başçısını itirməyə görə sosial müavinət alanlar - 600 manat;
İşsizlikdən sığorta ödənişi alanlar - 600 manat;
İşləyən sığortaolunanlar - 600 manat;
Əmək pensiyaçıları - 960 manat.
Əmək pensiyaçılarının dəfn müavinəti minimum əmək pensiyasının üç misli məbləğində hesablanır. Müavinət dəfn xərclərini çəkən şəxsə ödənilir.
Qeyd edək ki, hazırda rəsmi işləməyən, əmək pensiyası və ya müvafiq sosial ödəniş almayan şəxslərin vəfatı zamanı onların ailələri dəfn xərclərini öz vəsaitləri hesabına qarşılamaq məcburiyyətində qala bilərlər. Təklifin məqsədi bu kateqoriyadan olan ailələrə də dövlət dəstəyinin göstərilməsidir.
Oxşar xəbərlər
Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 911 milyon ədəd yumurta və diri çəkidə 73,6 min ton quş əti istehsal edilib. BAKU.WS-in məlumatına görə, ötən ili...