"Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA

Mançester Siti rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA
İdman 36

İngiltərənin "Mançester Siti" klubunu böyük xal cəzası səbəbindən Premyer Liqadan aşağı liqaya düşmək təhlükəsi gözləyir.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinin baş idman şərhçisi Oliver Holt məlumat yayıb.

Məlumata görə, İngiltərə Premyer Liqasının rəhbərliyi klubla bağlı yekun cəza qərarının apellyasiya prosesinin başa çatmasını gözləmədən açıqlanmasına nail olmaq istəyir. "Mançester Siti"nin apellyasiya şikayəti üzrə qərarın isə yanvarın sonundan tez verilməsi gözlənilmir.

Mənbələrin iddiasına görə, klubdan silinəcək xalların sayı o qədər çox ola bilər ki, bu, komandanın aşağı liqaya düşməsini qaçılmaz etsin. Hətta "Siti" Çempionşipdə çıxış edəcəyi növbəti mövsümdə də əlavə xal cəzası ilə üzləşə bilər.

Bununla belə, klubun İngiltərə futbolunun dördüncü divizionu olan Liqa 2-yə göndəriləcəyi barədə yayılan məlumatlar təkzib edilib. Bildirilir ki, mümkün sanksiya komandanın Çempionşipə düşməsi ilə məhdudlaşa bilər.

Xatırladaq ki, oktyabrın əvvəlində müstəqil komissiya "Mançester Siti"ni 2009-2018-ci illəri əhatə edən dövrdə maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülmüş 115 ittihamdan 114-ü üzrə təqsirli bilib.

Qeyd edək ki, klubun üzləşə biləcəyi xal cəzası və Premyer Liqadan düşməsi ilə bağlı məlumatlar hələlik mediada yayılan iddialardır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər