Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
Sərnişinin səhhətində yaranan problemə görə Sürix–Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-da "SWISS" aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib:
"Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. "Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib. Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib".
"Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək", - deyə məlumatda qeyd edib.
Oxşar xəbərlər
"Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. BAKU....