"Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb

Falçılıq adı altında dələduzluq edən kişi saxlanılıb
Hadisə 44

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

BAKU.WS-in məlumatına görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törədən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər