Məktəb direktorunun maşınının qəsdən yandırılması ilə bağlı bir nəfər də həbs olundu
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ olub
İsmayıllıda zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bil...