Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub

Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Dünya 59

Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymətləndirilib.

BAKU.WS xəbər verir ki, hadisə 2015-ci il avqustun 7-də Keniqsze gölündə baş verib. Ailəsi ilə istirahətdə olan yeniyetmə suyun təxminən iki metr dərinliyində parıldayan əşya görüb. Onun qızıl külçə olduğunu anlayan qız tapıntını polisə təhvil verib.

Hüquq-mühafizə orqanları külçənin üzərindəki silinmiş seriya nömrəsini bərpa etsələr də, onun sahibini müəyyənləşdirə bilməyiblər. Araşdırma zamanı qızılın hər hansı cinayətlə əlaqəsi də aşkarlanmayıb.

Altı ay ərzində külçəyə sahib çıxan olmadığından, 2016-cı ildə onun mülkiyyəti tapıntını aşkar edən qıza verilib.

Qızılın gölə necə düşdüyü isə indiyədək məlum deyil. Hadisə 10 ildən çox əvvəl baş versə də, xarici mediada yenidən gündəmə gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər