Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən kütləvi etirazlara münasibət bildirib və ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.
BAKU.WS xəbər verir ki, Tramp "Truth Social" platformasındakı paylaşımında Fransadakı vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib. O, ölkənin gec olmadan sərhədlərini bağlamalı və vəziyyətə nəzarəti bərpa etməli olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etirazlar keçirilib.
Aksiya təşkilatçılarının məlumatına görə, nümayişlərdə 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə qarşıdurmalara çevrilib. Ölkə üzrə 1 800 nəfərin saxlanıldığı bildirilir.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...