Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib
Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında hərbi əməliyyatlar intensivləşib. Tərəflər qarşılıqlı zərbələr endirir, münaqişənin yaxın zamanda danışıqlar yolu ilə həll olunacağı gözlənilmir.
BAKU.WS xəbər verir ki, "The Washington Post"un məlumatına görə, husilərin Ər-Riyad hava limanına hücumundan sonra qarşıdurma daha da genişlənib. Husilər "Saudi Aramco" neft şirkətinin obyektlərinə və Yəmən hökumətinin Prezident sarayına zərbələr endiriblər.
Buna cavab olaraq Səudiyyə Ərəbistanı Yəməndə husilərin nəzarətində olan ərazilərə hava hücumlarını artırıb. Yəmən hökumətinin rəsmilərinin sözlərinə görə, Ər-Riyad hazırda hərbi qələbəni münaqişədən çıxış yolu hesab edir.
ABŞ Prezidenti Donald Trampın husilərə qarşı əməliyyatlara birbaşa qoşulmaqda tərəddüd etdiyi, Vaşinqtonun isə Səudiyyə Ərəbistanına kəşfiyyat dəstəyi göstərdiyi bildirilir.
Husilərin strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarəti beynəlxalq dəniz ticarəti üçün də risklər yaradır.
Münaqişə Yəməndə humanitar vəziyyəti ağırlaşdırır. BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, ölkədə 18 milyon insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...