ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib
18
okt
2026
22:12
ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini yenidən davam etdirib.
BAKU.WS xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News" telekanalına müsahibəsində məlumat mübadiləsinin hazırda normal şəkildə həyata keçirildiyini bildirib və Vaşinqtona təşəkkür edib.
Zelenskinin sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsi müəyyən müddətə dayandırılmışdı. Lakin o, prosesin nə vaxt bərpa olunduğunu açıqlamayıb.
Ukrayna lideri həmçinin Amerika nümayəndələri ilə danışıqların gələn həftə keçiriləcəyinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib
Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında hərbi əməliyyatlar intensivləşib. Tərəflər qarşılıqlı zərbələr endirir, münaqişənin yaxın zamanda danışıqlar...