Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib

Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib
Dünya 74

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki məscidlərdən birində cinsi xarakterli hərəkətlər etməkdə ittiham olunan iki Banqladeş vətəndaşı edam edilib. Hökm oktyabrın 14-də icra olunub.

BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, Nazrul İslam Əbdül Basir və Siti Axtar məhkəmə qərarı ilə ölüm cəzasına məhkum ediliblər. Qərar yuxarı məhkəmə instansiyaları tərəfindən təsdiqləndikdən sonra hökm icra olunub.

Nazirlik hadisənin məscidin müqəddəsliyinin pozulması kimi qiymətləndirildiyini bildirib. Bununla belə, insidentin baş verdiyi məscidin adı və təfərrüatları açıqlanmayıb.

Banqladeşin Ciddədəki baş konsulluğu isə vətəndaşlarının edamı ilə bağlı əvvəlcədən məlumatlandırılmadıqlarını bəyan edib. Məsələnin təfərrüatlarının araşdırılması üçün Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə diplomatik nota göndərildiyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər