Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının məbəd yaxınlığında toplaşan insanların üzərinə çırpılması nəticəsində azı 15 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.
BAKU.WS xəbər verir ki, hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Polis məlumatına görə, yük maşını əvvəlcə yol kənarındakı ticarət piştaxtalarına və ibadət üçün toplaşan insanlara çırpılıb, daha sonra məbədin giriş qapısına dəyib. Zərbə nəticəsində divarın bir hissəsi uçub.
Hadisə ilə bağlı araşdırma çərçivəsində iki nəfər saxlanılıb. İlkin ehtimala görə, qəza texniki nasazlıq səbəbindən baş verib və sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib.
Hindistan Baş nazirinin ofisi qəza nəticəsində həyatını itirənlərin ailələrinə maddi yardım göstəriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib
Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki məscidlərdən birində cinsi xarakterli hərəkətlər etməkdə ittiham olunan iki Banqladeş vətəndaşı edam edilib. Hökm oktya...