İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb
18
okt
2026
12:52
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı mümkün yeni qarşıdurma ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, Rezai "X" sosial şəbəkəsində İran silahlı qüvvələrinin əvvəlki 12 və 40 günlük müharibələrdən daha dağıdıcı əməliyyat planı hazırladığını bildirib.
O, ABŞ və İsrailin təhdid xarakterli bəyanatlarının mövcud vəziyyəti dəyişməyəcəyini vurğulayıb. Rezaidən qeyd olunub ki, İranın yeni əməliyyat planı qarşı tərəfin öyrəşdiyi qaydalar çərçivəsində həyata keçirilməyəcək.
Oxşar xəbərlər
Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər
Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk ölkədə prezidentin dəyişdirilməsi ilə bağlı mümkün ssenarini şərh edib. BAKU.WS xəbər verir ki, Dmitruk özünün "Te...