Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran əyalətində "AH-6i" tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində iki heyət üzvü həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin və Ərəb Koalisiyasının rəsmi nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, qəzanın səbəbi texniki nasazlıq olub. Helikopter Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin nəzarətində olan əraziyə düşüb.
Qeyd edək ki, hadisə regionda hərbi gərginliyin artdığı bir vaxtda baş verib. Son həftələr Nəcran əyalətinin husilərin hücumlarına məruz qaldığı bildirilir.
Oxşar xəbərlər
Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər
Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk ölkədə prezidentin dəyişdirilməsi ilə bağlı mümkün ssenarini şərh edib. BAKU.WS xəbər verir ki, Dmitruk özünün "Te...