Polşada hava məkanının pozulması ehtimalı araşdırılır

Polşada hava məkanının pozulması ehtimalı araşdırılır
Dünya 21

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı oktyabrın 18-nə keçən gecə naməlum obyektin ölkənin hava məkanını pozmuş ola biləcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Lublin şəhərinin cənubunda axtarış işlərinə başlanılıb. Əraziyə Ərazi Müdafiə Qüvvələrinin quru qrupu, eləcə də mülki və hərbi polis bölmələri cəlb olunub.

Komandanlıqdan bildirilib ki, hazırda radar siqnalı və yerli sakinlərdən daxil olan məlumatlar yoxlanılır. Naməlum obyektin təbiəti müəyyənləşdirilməli, yaxud siqnalın meteoroloji hadisələr və ya texniki nasazlıqla bağlı olması dəqiqləşdirilməlidir.

Polşanın hava məkanının pozulması faktı hələlik rəsmi təsdiqini tapmayıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər