Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU

Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU
Şou-biznes 90

Türkiyəli aktyor Çağatay Ulusoy valideynləri ilə birlikdə Bolqarıstana səfər edərək atasının doğulduğu Belilom kəndində qohumları və yerli sakinlərlə görüşüb.

BAKU.WS xəbər verir ki, aktyor səfər zamanı onunla şəkil çəkdirmək istəyən kənd sakinlərinin xahişini geri çevirməyib. Ulusoy yerli sakinlərlə xatirə fotoları çəkdirib.

Qeyd edək ki, İstanbulda anadan olan Çağatay Ulusoyun anası boşnak, atası isə Bolqarıstandan Türkiyəyə köçmüş ailədəndir. Aktyor ötən il Bolqarıstan vətəndaşlığı almaq üçün müraciət edib. Sonradan onun bu ölkənin vətəndaşlığını da aldığı məlum olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər