"Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub

Qalatasarayın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub
İdman 19

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rafael Leaunun zədəsinin təfərrüatları açıqlanıb.

BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisinin məlumatına görə, portuqaliyalı oyunçunun qasıq əzələsində gərilmə aşkarlanıb. O, sabah yenidən tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Leau ötən gün Türkiyə Superliqasının VIII turunda "Gənclərbirliyi" ilə matçda zədələnib. 61-ci dəqiqədə meydana daxil olan futbolçu 77-ci dəqiqədə əvəzlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər