Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb

Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb
Dünya 27

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı "çox yaxşı qərar" qəbul edəcəyini bildirib. Onun sözlərinə görə, bu qərar həm ABŞ, həm də bütün dünya üçün faydalı olacaq.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə Floridada yerləşən Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Trampın Rusiyaya qarşı mümkün sanksiyaların və digər ölkələrə tətbiq edilə biləcək tariflərin nəticələrini qiymətləndirmək üçün 60 günlük müddət müəyyən etdiyini açıqlayıb. Bu araşdırmada tədbirlərin ABŞ və dünya iqtisadiyyatına, eləcə də qlobal enerji bazarına mümkün təsirləri nəzərə alınacaq.

Qeyd edək ki, Tramp sentyabrın 18-də Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiyadan idxala tariflərin 500 faizə, Rusiya enerji resurslarının əsas alıcıları olan ölkələrdən idxala isə 100 faizə qədər artırılması imkanları yer alır. Bununla belə, ABŞ administrasiyası tədbirlərin ölkənin milli maraqlarına zidd olacağı qənaətinə gələrsə, onların tətbiqindən imtina edə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər