U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
BAKU.WS xəbər verir ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar.
A.Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. X.Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla üstələyib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.
Oxşar xəbərlər
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq. BAKU.WS xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərd...