Bakıda "Changan" piyadanı vurub öldürdü

Bakıda Changan piyadanı vurub öldürdü
Foto
Hadisə 47

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişi cinsli şəxs Qış parkından əks tərəfə keçərkən onu "Changan" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər