Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
***09:50
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürülüb
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə,...