Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA
Müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, sənətçi bu iddiaları təkzib edərək, gülünc adlandırıb:
"Uşaqlığım Almaniyada keçib. Uşaq evində qalmışam. İlk öyrəndiyim din xristianlıq idi. Hz.İsanı hələ də sevirəm, amma nəticədə mənim mahiyyətim, dinim İslamdır. Dinimi dəyişdirdiyimlə bağlı iddialar gülüncdür. Hamımız həqiqət axtarışındayıq. Heç kimin inanclarını mühakimə etmirəm. Dinim İslam dinidir, amma bütün dinlərə hörmət edirəm. Bütün dini məkanlara da marağım var və məscidləri, kilsələri və digər ibadət yerlərini ziyarət edirəm. Heç kim bunu sorğulaya bilməz" - deyə Bayhan vurğulayıb.
Oxşar xəbərlər
Əməkdar artist ilk dəfə nənə oldu
Əməkdar artist Elnarə Abdullayevanın ailəsində xoş gün yaşanıb. Sənətçi ilk dəfə nənə olub. BAKU.WS xəbər verir ki, xanəndənin qızı Xədicənin oğlu dünyaya gəli...