Murat Bozla Demet Özdemirin xilas edilmə anları
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulu ağuşuna alan sel həyatı iflic edib. Məşhur müğənni Murat Boz leysan yağışları nəticəsində şəhərin Ayazağa bölgəsindəki "Phoenix" studiyalarında yüzlərlə əməkdaşın köməksiz vəziyyətdə qaldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edərək müvafiq qurumlardan təcili kömək istəyib:
"Yolu iki metr hündürlüyündə su basıb. Studiyaya da su dolur, hərəkət edə bilmirik. Xanımları ara mərtəbəyə çıxarmışıq. Orada ən çox 30-35 nəfər qala bilər. İçəriyə su dolmaması üçün dua edirik. Yüzlərlə əməkdaşla birlikdə köməksiz qalmışıq. Təcili dəstək gözləyirik".
Həmin vaxt sözügedən studiyada məşhur aktrisa Demet Özdemir də olub.
Bir neçə saat sonra studiyada xilasetmə əməliyyatları həyata keçirilib.
Demet Özdemir Murat Boz rezin qayıqlarla sözügedən ərazidən təxliyə edilib.
Oxşar xəbərlər
Alla Puqaçova Türkiyədə konsert verəcək
Rusiya estrada musiqisinin tanınmış nümayəndəsi Alla Puqaçova Türkiyədə solo konsert proqramı ilə səhnəyə çıxmağa hazırlaşır. Sənətçinin çıxışını izləmək istəyə...